"Rusiyadan asılılığa son verməyənə qədər dayanmayacağıq” - Metsola
7 Aprel 2022 18:46 DünyaAvropa Parlamentinin sədri Roberta Metsola Rusiya prezidenti Vladimir Putini dəstəkləyən "Vahid Rusiya" partiyasının bütün üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.
Olaylar.az xəbər verir ki, o, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib. "Biz Putinin partiyasının bütün üzvlərinə qarşı sanksiyaları genişləndirməliyik. Onların sayı iki milyona yaxındır. Düşünürəm ki, bunu etmək olar", - Metsola deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın enerji resurslarından tam müstəqil olmağa çalışmalıdır. Çünki onlardan istifadə birbaşa və ya dolayısı ilə Ukraynadakı müharibəni maliyyələşdirir: "Əlbəttə, hər bir ölkənin öz reallığı var. Rusiyadan yüz faiz asılı olanlar var. Rusiyadan asılılığa son verməyənə qədər dayanmayacağıq".
azpost