Yaponiya: Rusiya "müharibə cinayətlərinə" görə cəzalandırılmalıdır
7 Aprel 2022 11:27 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyada hakimiyyət Ukraynada dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib və Rusiyanın "müharibə cinayətləri"nə görə cəzalandırılmasını tələb edib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu "Rusiya əsgərlərinin Ukraynada mülki insanları öldürməsi" xəbərinin hökuməti çaşdırdığını və bu hərəkətləri kəskin şəkildə pislədiyini bildirib.
Günahsız mülki şəxslərin öldürülməsini "beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması" kimi xarakterizə edən Matsuno "faktların üzə çıxarılması və Rusiyanın hərbi cinayətləri cəzalandırılmalı olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31