"Məqsədimiz ən böyük iqtisadi onluğa daxil olmaqdır" - Rəcəb Tayyib Ərdoğan
6 Aprel 2022 22:55 DünyaTürkiyə hakimiyyəti ölkənin dünyanın ən böyük on iqtisadiyyatı sırasına daxil olmasına nail olmaq niyyətindədir.
Olaylar.az bildirir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı Türkiyənin müdafiə sənayesindəki müvəffəqiyyətindən də danışıb.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin müdafiə sənayesi məhsullarına beynəlxalq bazarda da tələbat var.
O, xüsusilə Filippinə Türkiyə istehsalı olan "Atak" hücum helikopterlərinin ixrac ediləcəyini bildirib.
Onun sözlərinə görə, ötən gün Türkiyənin nümayəndə heyəti hərbi helikopterləri təhvil vermək üçün Filippinə gedib.
"Təsəvvür edin, indi biz helikopter ixrac edən ölkəyə çevrilmişik", - deyə R.T.Ərdoğan əlavə edib.
trend