"Beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırıq" - Zelenski

"Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır".

Olaylar.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Habertürk" telekanalına müsahibəsində deyib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır", - Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə bunu etməyəcək, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

azerbaycan24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31