Britaniya da Rusiyadan imtina etmək niyyətindədir

Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan kömür və neft idxalından imtina edəcək, daha sonra isə mümkün qədər qaz idxalından imtina etməyə çalışacaq.

Olaylar.az bildirir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömürü və neftindən asılılığına son qoyacaq, bundan sonra isə mümkün qədər tez qaz idxalını dayandıracaq", - deyə XİN-dən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, gələn həftədən Böyük Britaniya vacib neft emalı avadanlığı və katalizatorların ixracını qadağan edəcək, bu, Rusiyanın neft hasili və ixracı imkanlarını azaldacaq.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31