“Müharibə başlayandan milyardlarla avro vermşik” - Avropa İttifaqı

Ukraynaya müdaxilə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyaya enerji resurslarına görə 35 milyard avro ödəyib. Ukraynaya isə cəmi bir milyard avroluq yardım edib.

Olaylar.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. "Daha az alqışa və daha çox köməyə ehtiyac var. 1 milyard avro bizə verdiyi enerjiyə görə Putinə hər gün ödədiyimiz puldur. Müharibə başlayandan bəri ona 35 milyard avro vermişik. Müqayisə edin. Ukraynaya silah şəklində verdiyimiz yardımın dəyəri təqribən 1 milyard avrodur", - Borrel bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31