Rusiya ilə bağlı daha bir QADAĞA

Finlandiya Rusiyaya dəmir yolu ilə yük daşımalarını dayandırır.

Olaylar.az xəbər verir ki, bu barədə Finlandiya dəmir yolları operatoru VR Group məlumat yayıb.

"VR Group-un idarə heyəti aprelin 6-da Rusiyaya yükdaşımaları xidmətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Şirkətin daşımalara cavabdeh qolu olan VR Transpoint nəqliyyatın dayandırılması planını hazırlayacaq",-deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31