Hindistanda COVID-in yeni növünə yoluxma qeydə alınıb
6 Aprel 2022 18:33 DünyaHindistanın Mumbay şəhərində koronavirusun omikron ştammının yeni - XE alt növünə ilk yoluxma faktı qeydə alınıb.
Olaylar.az bildirir ki, bu barədə şəhər bələdiyyəsi bildirib.
Məlumata əsasən, yeni növ rekombinant ştamm hesab olunur və daha əvvəl qeydə alınmış BA.1 və BA.2 alt növlərinin hibrididir.
Qeyd olunur ki, XE ştammı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada üzə çıxıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31