Zelenskidən Türkiyəyə TƏŞƏKKÜR: "PUA-lar mühüm rol oynadı"
6 Aprel 2022 16:22 Dünya"Bu dronlara görə Türkiyəyə təşəkkür etmək istəyirəm. Tam miqyaslı işğalın əvvəlində PUA-lar mühüm rol oynadı. Düşünürəm ki, hazırda statistika, taktika haqqında danışmağın vaxtı deyil".
Olaylar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Habertürk"ə açıqlamasında deyib.
"Ailəmlə münasibətim davam edir, daha ətraflı məlumat vermək istəmirəm. Yuxu ilə bağlı onu deyə bilərəm ki, yatmaqğa vaxt tapmağa çalışıram. Düzgün qərarlar verə bilmək üçün özümü qorumağa çalışıram. Deyəsən 5 saat yatıram. Gün ərzində müxtəlif insanlarla bir araya gəlirəm. Qərarlar verməliyik. Fərqli danışıqlarım olur", - Zelenski bildirib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31