Zelenski BMT-yə Rusiyanın işğalının dəhşətlərini danışıb

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunu İkinci Dünya Müharibəsindən bəri ən ağır cinayətləri törətməkdə ittiham edib.Zelenski  BMT Təhlükəsizlik Şurasında dinc əhalinin qətlə yetirildiyini və rus tanklarının insanları "ləzzət aldığı üçün" əzdiyini bildirib.

Zelenski günahkarları Nürnberqdə nasist kimi mühakimə etməyə çağırıb.

Buça  kimi şəhərlərdə küçədə qalan  cəsədlərin dəhşətli görüntüləri bütün dünyada qınaq yaradıb.

Təhlükəsizlik Şurasında video bağlantı vasitəsilə çıxışından sonra  Zelenski, bəziləri yandırılmış və tanınmaz hala salınmış   ukraynalıların şəkillərini və   videosunu göstərib."Rusiya hərbçiləri ölkəmizə xidmət edən hər kəsi axtarır və məqsədli şəkildə öldürürdülər.Bütün ailələri, böyükləri və uşaqları öldürdülər və cəsədləri yandırmağa çalışdılar"- Zelenski söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31