Bu ölkə Ukraynaya dağıntıları və minaları təmizləməkdə kömək edəcək
6 Aprel 2022 11:40 DünyaOlaylar.az xəbər verir ki, Baş nazir Kişida Fumio, keçən ay Ukraynaya 100 milyon dollarlıq təcili humanitar yardım qərarının detalları açıqlayıb.
Qərara əsasən, Yaponiya ərzaq, gündəlik tələbat malları, dərman təminatı və qaçqınların Ukraynadan təhlükəsiz şəkildə getməsinə kömək edəcək.Yardım beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə alınacaq.
Yaponiya Ukraynanın dağıntılardan, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində, həmçinin Ukraynada kənd təsərrüfatı istehsalının canlandırılması üçün toxumların paylanmasında dəstək olacaq.
Matsuno bildirib ki, bu həftənin əvvəlinə indiyədək 321 şirkət, 147 bələdiyyə və 17 qeyri-hökumət təşkilatı Ukraynaya dəstək kampaniyalarında iştirak edib.