Mer: “Buçada 320 mülki şəxs qətlə yetirilib”

"Ukraynanın Buça şəhərində Rusiya qüvvələri işğal zamanı 320 mülki şəxsi qətlə yetirib".Olaylar.az APA-ya istinadən bildirir ki, bunu BBC-yə açıqlamasında şəhərin meri Anatoli Fedoruk deyib. O, Rusiya hərbçiləri tərəfindən bir neçə şəxsin edam edilməsinə şəxsən şahidlik etdiyini qeyd edib.

"Mən bir neçə epizod görmüşəm. Kiyev istiqamətində təxliyə olunmağa çalışan üç avtomobil var idi, onlara qəddarcasına atəş açıldı", - mer bildirib.Fedoruk Rusiya hərbçilərinin işğal dövründə yerli siyasətçiləri "ovladığını" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31