Portuqaliya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən çıxarıb
5 Aprel 2022 23:23 DünyaPortuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin on əməkdaşını persona non-qrata elan etmək qərarına gəlib.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Portuqaliyanın "Diário de Notícias" qəzeti respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xarici İşlər Nazirliyi ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın milli təhlükəsizliyinə zidd olduğunu hesab edib. Onlara ölkə ərazisini tərk etmək üçün iki həftə vaxt veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31