Rusiyanın Aİ-dəki daimi nümayəndəliyinin əməkdaşları qovulur

Rusiyanın Avropa İttifaqında (Aİ) daimi nümayəndəliyinin 19 əməkdaşı arzuolunmaz şəxs elan edilib.

Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) açıqlama verib.

Belə ki, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi Josep Borrelin qərarı ilə həmin şəxslər barəsində diplomatik statusları ilə bir araya sığmayan davranışlarına görə sözügedən tədbir görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31