"Ukraynadakı vəziyyəti müzakirə edəcəyik” - AŞPA prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Ukraynaya gedir.

Olaylar.az bildirir ki, AŞPA Prezidenti bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, Lvovda Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşəcək: "AŞPA siyasi qruplarının rəhbərləri ilə birlikdə Ali Radanın sədri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyik".

Prezident və qrup rəhbərləri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Lvov şəhərinin meri Andrey Sadoviy ilə də görüşəcəklər.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31