Gürcüstanda yanacaq yenidən bahalaşıb
5 Aprel 2022 19:27 DünyaGürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşıb. Son həftə ərzində yanacağın qiyməti orta hesabla növündən asılı olaraq 15-20 tetri artıb.
Olaylar.az AZƏRTAC-a istinadan bildirir ki, hazırda ölkənin yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti növündən asılı olaraq 3,79 - 4,05 lari arasında dəyişir.
Dizel yanacağının bir litrinin qiyməti isə yenə də növündən asılı olaraq 4,05-4.30 lariyə (1,40 dollar) satılır.
Sıxılmış və maye qazın qiyməti müvafiq olaraq 1,85-2,65 lari arasındadır.
Ölkədə bir dollar isə 3,8 GEL təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31