Daha bir ölkə koronavirus məhdudiyyətlərini ləğv edir
5 Aprel 2022 19:22 DünyaOlaylar.az RİA Novosti-yə istinadən bildirir ki, Kubanın Səhiyyə Nazirliyi aprelin 6-dan etibarən müstəqil səyahət edənlər üçün bütün sanitar tələblərin ləğv edildiyini açıqlayıb.
Artıq ölkəyə giriş üçün peyvənd sertifikatları və PCR testləri tələb olunmayacaq.
Məhdudiyyətlərin yumşaldılmasına səbəb epidemioloji vəziyyətin yaxşılaşmasıdır.
Məcburi tələblər arasında yalnız maska rejimi qalır. Bununla belə, səyahət edənlər gəldikdən sonra yenə də koronavirus üçün təsadüfi testə göndərilə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31