"Ukraynaya hücumunun qarşısını birlikdə alacağıq” - Blinken

Olaylar.az bildirir ki, ABŞ Dövlət katibi Entoni Blinken aprelin 6-da Brüsseldə keçiriləcək NATO XİN başçılarının iclasında iştirak etmək üçün Belçikaya yollandığını açıqlayıb.

"Müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə olacağıq. Bizim 73 illik müdafiə ittifaqımız azadlıq və demokratiyannın tərəfdarıdır. Biz Rusiya Prezidenti Putinin Ukraynaya hücumunun qarşısını birlikdə alacağıq", - ABŞ Dövlət katibi öz "Twitter" hesabında yazıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31