İspaniya da rusiyalı diplomatları ölkədən çıxarır

İspaniya hökuməti Rusiyanın ölkədəki səfirliyinin 25-ə qədər əməkdaşının ölkədən çıxarılması barədə qərar verib.

Olaylar.az bildirir ki, bu barədə İspaniya XİN başçısı Xose Manuel Albares açıqlama verib.

"Elan etmək istəyirəm ki, səhər ölkədəki milli təhlükəsizliyə təhlükə törətməsinə görə, İspaniyadakı Rusiya səfirliyinin 25 diplomatı və əməkdaşının ölkədən çıxarılması barədə qərar vermişik", Albares deyib.

O, səfirlik əməkdaşlarına İspaniyadan çıxmaq üçün bir neçə gün vaxt verildiyini və verilən qərarın Ukraynada gedən müharibə ilə birbaşa əlaqəli olduğunu xatırladıb.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31