Küveyt hökuməti istefa verib

Küveyt hökuməti istefa haqqında vəliəhd şahzadə Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha ərizə ilə müraciət edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah hökumətin istefası ilə bağlı ərizəni vəliəhdə təqdim edib.
Məlumata görə, Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasına razılıq verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31