Yaponiyadan Ukraynaya əlavə 100 milyon dollar yardım göndərildi
5 Aprel 2022 14:40 DünyaOlaylar.az xəbər verir ki, Yaponiya hökuməti Ukrayna və ölkədən qaçmış müharibə qurbanlarını qəbul edən qonşu ölkələrə əlavə olaraq 100 milyon dollar təcili humanitar yardım göstərmək qərarına gəlib.
Yaponiyadan gələn yardım dərman və ilk tibbi yardıma, müvəqqəti sığınacaqların tikintisinə, gündəlik tələbat malları və ərzaq məhsullarına, habelə Ukraynanın kənd təsərrüfatı istehsalının canlanmasına, Rusiyanın hücumundan dağıntıların və partlamamış minaların təmizlənməsinə sərf olunacaq.
Yaponiyanın baş naziri Fumio Kişida martın 24-də Brüsseldə keçirilən G7 sammitində əlavə 100 milyon dollar dəstək verməyə hazır olduqlarını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31