Danimarka Rusiyanın 15 diplomatını qovub
5 Aprel 2022 14:12 DünyaDanimarka hökuməti Rusiyanın 15 diplomatını persona non-qrata elan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən bildirilib ki, bu, tarixi addımdır: "Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik".
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Danimarkanın addımına münasibət bildirib. O deyib ki, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəlikləri barədə oxşar tədbirlər görüləcək.
İtaliyanın "Corriere della Sera" qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı hazırdır.
Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.