Yeni Zelandiyadan Rusiya oliqarxlarına sanksiyalar: Onlar ölkəyə daxil ola bilməyəcəklər
5 Aprel 2022 12:57 DünyaOlaylar.az xəbər verir ki, Yeni Zelandiyanın Rusiya prezidenti Vladimir Putinə və Rusiya hökuməti ilə yaxın şəxsi əlaqələri olan oliqarxlara qarşı yeni sanksiyaları qüvvəyə minəcək.
Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta Xarici İşlər Nazirliyinin internet saytında rusiyalı oliqarxları hədəf alan yeni investisiyalar barədə açıqlama verib.
Mahuta qeyd edib ki, Putinə və onun rejimini dəstəkləyənlərə real təzyiq göstərmək üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırlar.
"Bu siyahıya Rusiyanın bəzi ən varlı iş adamları, eləcə də Rusiyanın bəzi ən böyük şirkətlərinin prezidentləri və baş icraçı rəhbərləri daxildir. Onlar Yeni Zelandiyaya gedə, aktivlərini köçürə və ya maliyyə sistemlərimizdən istifadə edərək onların tətbiq etdiyi sanksiyalardan yayına bilməyəcəklər"- deyə Mahuta vurğulayıb.