Helikopter qəzaya uğrayıb: 2 nəfər öldü
5 Aprel 2022 10:54 DünyaOlaylar.az xəbər verir ki, Avstraliyanın NSW ştatının Snowy Mountains bölgəsində helikopter qəzaya uğrayıb. Helikopterdə olan iki nəfər həlak olub.
Bu barədə Yeni Cənubi Uels Polisi açıqlama verib.
Bölgəyə göndərilən xilasetmə qrupları adları açıqlanmayan 64 yaşlı qadın və 75 yaşlı kişinin hadisə yerində dünyasını dəyişdiyini müəyyən edib.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosundan nəzarətçi Angus Mitchell, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlatdıqları helikopterin özəl olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31