Fransa Rusiyanın 35 diplomatını ölkəsindən çıxarır

Fransa Rusiyanın 35 diplomatını geri göndərəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Almaniya 40 rusiyalı diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.
Öz növbəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31