Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

"Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxış edəcək".

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya daimi nümayəndəliyi "Twitter" hesabında yazıb.

"Britaniya Şuraya sədrlik etdiyi müddətdə Rusiyanın hərbi cinayətləri ilə bağlı həqiqətin eşidilməsini təmin edəcək. Biz Putinin müharibəsini və həqiqəti ifşa edəcəyik", - məlumatda bildirilir.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31