Nikolayevə raket zərbələri endirilib - Ölənlər və yaralananlar var

Bu gün Rusiya hərbçilərinin Nikolayevi atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bunu şəhər meri Aleksandr Senkeviç sosial şəbəkədə yazıb.

O bildirib ki, yaralılardan çoxunun vəziyyəti ağırdır və ölənlərin sayı arta bilər. 

Mer həmçinin qeyd edib ki, rusiyalı hərbçilər şəhəri kasset mərmiləri ilə atəşə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31