"Şəhər kasset bombalarla atəşə tutulub" - Senkeviç

Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Olaylar.az bildirir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, şəhərdə bir dənə də olsun hərbi obyekt, zavod, yanacaq və ya partlayıcı materialların saxlanıldığı yer yoxdur.

Nikolayev şəhərinin meri əlavə edib ki, şəhər kasset bombaları ilə atəşə tutulub.

Unian

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31