Fransa da rus diplomatları ölkədən çıxarır
4 Aprel 2022 23:18 DünyaFransa Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcək.
Olaylar.az bildirir ki, bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", - mənbə bildirib.
Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təim etməkdir.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31