"Zirvə görüşü təşkil edilə bilər" - Lavrov

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.

Olaylar.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, bu, nəticə olduqdan sonra mümkündür - bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər" - deyə lavrov vurğulayıb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31