"Ukraynanı tərk edənlərin sayı milyonu keçib" - BMT
4 Aprel 2022 22:20 DünyaFevralın 24-də müharibə başlayandan Ukraynanı tərk edənlərin sayı 4,2 milyon nəfərdən çoxdur.
Olaylar.az bildirir ki, bu açıqlamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Məlumatda göstərilir ki, təkcə bazar günü 39 minədək ukraynalı ölkəni tərk edib. Avropa İkinci dünya müharibəsindən sonra bu səviyyədə miqrasiyaya şahid olmayıb.
Qeyd olunur ki, Ukraynanı tərk edənlərin 90%-i qadın və uşaqdır. Hərbi xidmətə yararlı əhalinin ölkədən çıxmasına icazə verilmir.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31