Vladimir Putin viza rejimi ilə bağlı fərman imzalayıb
4 Aprel 2022 18:58 DünyaRusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza verilməsi prosesini dayandırıb.
Olaylar.az bildirir ki, prezident Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.
Yeni fərmana əsasən, Rusiya Avropa İttifaqı ölkələri, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsinin sadələşdirilməsi barədə sazişin bir sıra bəndlərinin icrasını dayandırır.
Bundan başqa, V.Putin Rusiya XİN-ə "dost olmayan ölkələr"in vətəndaşlarının Rusiyaya daxil olmasına fərdi məhdudiyyətlərin tətbiq edilməsini tapşırıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31