Vladimir Zelenski Buçaya səfər edib
4 Aprel 2022 18:51 DünyaUkrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.
Olaylar.az "Unian" istinadən xəbər verir ki, Zelenski Buçada sıradan çıxarılmış Rusiya texnikalarının olduğu yola baxış keçirib və yerli sakinlərlə söhbət aparıb.
Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi cinayətlər törədib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini "təxribat" adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31