Mask "Twitter"in səhmlərini aldı
4 Aprel 2022 18:35 DünyaAmerikalı iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Mask "Twitter" sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın alıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyasının saytında bildirilir.
Qeyd olunur ki, İ.Mask şirkətin 2,9 milyard dollar dəyərində 73,5 milyona yaxın səhmlərini əldə edib.
Bu xəbərdən sonra birjalarda "Twitter" in səhmləri 25 faiz bahalaşıb.
Qeyd edək ki, "Twitter"də 80 milyondan çox oxucusu olan İlon Mask bir müddət əvvəl yeni sosial şəbəkə yaratmaq niyyətində olduğunu açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31