Bu ölkə Rusiyaya qarşı sanksiyaları əngəlləyir
4 Aprel 2022 14:47 DünyaPolşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni ağır sanksiyaların tətbiqinə Almaniyanın maneəçilik yaratdığını bildirib.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Polşanın baş naziri Almaniyanı Rusiyaya qarşı sanksiyalarda "əsas əyləc" adlandırıb:
"Avropada vəziyyət çox sadədir. Hər şeyi sammitlərdə görmək olar. Almaniya ağır sanksiyaların əsas maneəçisidir".
Moravetskinin sözlərinə görə, Almaniya və digər böyük ölkələr öz bizneslərini qorumaq üçün sanksiyaların tətbiqini ləngidir:
"Sanksiyaların tətbiqini çətinləşdirən əsas ölkələr Qərbi Avropanın böyük ölkələridir. Onlar ya öz bizneslərinin ciddi zərər görməsindən, ya da başqa səbəblərdən qorxurlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31