Zelenski Qremmi Musiqi Mükafatlarında dünyaya səsləndi
4 Aprel 2022 13:47 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-da keçirilən 64-cü Qremmi Mükafatlarının sahiblərinə təqdim olunduğu mərasimdə Ukrayna Prezidenti Vladimir Zelenski dünyaya belə müraciət etdi:
"Musiqiçilərimiz smokinq yerinə gülləkeçirməz jilet geyinirlər. Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Hətta onları eşitməyənlərə də oxuyurlar. Amma musiqi bütün maneələri dəf edəcək".
Rusiya bombardmanının ölkəsinin küçələrində musiqini susdurduğunu bildirən Zelenski, "Bizə bacardığınız qədər dəstək olun, amma susmayın. Sükutu musiqi ilə doldurun" dedi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31