Qazaxıstanda 18 yük vaqonu relsdən çıxıb

 

Olaylar.az xəbər verir ki,  Şərqi Qazaxıstan vilayətində ikisi Rusiya Federasiyasının mülkiyyətində olan 18 yük vaqonunun relsdən çıxması baş verib. 

Bu barədə aprelin 4-də Qazaxıstan Dəmir Yolları şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Aprelin 3-də saat 12:04-də Şərqi Qazaxıstan vilayətinin Oskemen - Kumıstau dəmir yolu hissəsində yük qatarında 18 vaqon relsdən çıxıb. Qatar 37 km / sürətlə hərəkət edirdi.  Relsdən çıxmış, filizlə yüklənmiş iki vaqon Rusiya Federasiyasının mülkiyyətidir, şlakla yüklənmiş daha 16 vaqon isə "KazzincTemirTrans" MMC-yə məxsusdur.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, qatarda gecikmə qeydə alınmayıb. Bərpa işləri aparılır. Hadisənin səbəblərini və şəraitini araşdırmaq üçün "Qazaxıstan Temir Yolu"da komissiya yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31