Rusiyaya qarşı daha çox sanksiyaya ehtiyac var

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı Buça qəsəbəsində dinc sakinləri öldürməsi ilə bağlı xəbərlərdən sonra Rusiyaya qarşı daha çox sanksiyaya ehtiyac var.

"OLAYLAR.AZ" xəbər verir ki ,  BBC Jurnalistlərinin küçələrə səpələnmiş ən azı 20 cəsədi tapmasından sonra Ukrayna Rusiyanı Buçada "qəsdən qətliam"da ittiham edib, lakin Rusiya bu iddiaları "müharibə təbliğatı" adlandırıb.

Makron France Inter radiosuna deyib ki, Ukraynadakı müharibə cinayətlərinə görə Rusiya qüvvələrinin məsuliyyət daşıdığını göstərən çox aydın göstərişlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31