İrəvanın mərkəzində atışma - Yaralılar var

Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Amiryan və Zakiyan küçələrinin kəsişməsində, bir həyətdə qeydə alınıb.

Atışma zamanı 43 və 35 yaşlı iki kişi yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlər hadisə ilə bağlı izahat verə bilməyiblər.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açdığı iddia edilən şəxsin kimliyi barədə məlumatlara malikdir. Onun tapılması istiqamətində addımlar atılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31