“İtaliya Ukraynanın qarantı olmağa hazırdır”

İtaliyanın xarici işlər naziri Luici Di Maio ölkəsinin Ukraynanın neytral statusunun təhlükəsizliyinin qarantı olmağa hazır olduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb. "İtaliya hökuməti sülh prosesinə töhfə verməyə və Ukraynanın neytrallığına zəmanət verməyə hazırdır", - Di Maio deyib.

XİN rəhbəri Romanın Rusiya enerji mənbələrindən imtina etməyi hədəflədiyini də deyib: "İtaliya enerji təhlükəsizliyi planı hazırlayır və Rusiya bazarından uzaqlaşmağı hədəfləyir. Bununla bağlı Aralıq dənizi regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyi planlaşdırırıq".

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31