Poltava və Dnepr aerodromları sıradan çıxarılıb – Rusiya Müdafiə Nazirliyi
2 Aprel 2022 12:46 DünyaRusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb", - Rusiya MN rəsmisi vurğulayıb.
Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31