“Rusiya Kiyevin Avropa İttifaqına qoşulmasına mane olmayacaq” – MEDVEDYEV
2 Aprel 2022 12:43 Dünya"Rusiya Kiyevin Avropa İttifaqına inteqrasiya cəhdlərinə mane olmayacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Telegram" kanalında yazıb. "Bizim mövqeyimiz ukraynalılara məlumdur - əgər belə bir istək varsa, qoşulun. Deyəsən, indi avropalılar da Ukraynanı çox arzulayırlar. Yalnız bir problem var - Monteneqro və Makedoniya ilə son illərin təcrübəsi göstərir ki, Avropa İttifaqına giriş yalnız NATO vasitəsilə baş verir. Bunlar bir-birindən asılı təşkilatlardır".
Medvedyev əlavə edib ki, Şimali Atlantika Alyansı faktiki olaraq Avropa İttifaqı üçün "baş tərəfdaşdır" və son nəticədə hər iki təşkilat ABŞ-ın siyasi iradəsinə tabedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31