“Ukraynada vəhşilik törədənlər cavab verəcəklər” –ABŞ dövlət katibi
2 Aprel 2022 11:57 DünyaABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynada vəhşilik törədənləri məsuliyyətə cəlb etməyə davam edəcək.
Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bu bəyanat Blinkenin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə söhbətindən sonra səsləndirilib. Danışıqların təfərrüatlarını Dövlət Departamentinin nümayəndəsi Ned Prays açıqlayıb.
Praysın sözlərinə görə, Blinken Ukraynanın diplomatiyaya sadiqliyini yüksək qiymətləndirib. Həmçinin əmin edib ki, ABŞ və müttəfiqləri hazırda Ukraynada vəhşiliklər törədənlərin hamısını cavab verməyə məcbur edəcək: "Dövlət katibi Rusiyanın əsassız və qəddar müharibəsindən müdafiə olunması üçün ABŞ-ın Ukraynaya lazımi dəstəyi göstərəcəyini də bildirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31