Uill Smit istefa verdi
2 Aprel 2022 11:49 DünyaOlaylar.az xəbər verir ki, a merikalı aktyor Uill Smit Kino Sənəti və Elmləri Akademiyasından istefa verib. Smit keçən həftə Oskar mükafatlandırma mərasimində komediya ustası Kris Rok sillələmişdi.
Hadisədən sonra Kris Rokdan iki dəfə üzr istəyən Uill Smit də Kino Sənəti və Elmləri Akademiyasındakı üzvlüyündən istefa verib.
Uill Smit istefa ərizəsində "94-cü Akademiya Mükafatları mərasimindəki hərəkətlərim şokedici, ağrılı və bağışlanmaz idi" deyə söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31