Ukraynada dövlət himninin mətni dəyişdirilir
2 Aprel 2022 10:23 DünyaUkrayna Ali Radası Dövlət Himninin mətninə dəyişikliklərlə bağlı iki qanun layihəsini qeydiyyata alıb.
UNİAN-nın verdiyi məlumata görə, qanun layihələrinin mətnləri parlamentin saytında yerləşdirilib.
Qanun layihəsinin müəllifi qeyd edir ki, mətndə "Ukrayna qalib gələcək" ifadəsi ukraynalılar üçün vacibdir.
"Dövlət himninin ilk iki sətirinin yeni versiyası 24 fevral 2022-ci ildən bəri bütün Ukrayna uğrunda birləşənlərin mübarizəsini və nə yaşadığını aydın şəkildə göstərir", - deyə bildirilib.
Qanun layihəsinin qəbulu Ukrayna dövlətinin, onun xalqının və millətinin inkişafında yeni tarixi mərhələnin başlanğıcıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31