Britaniya və ABŞ Rusiyaya qarşı təzyiqləri davam etdirəcəklər
1 Aprel 2022 23:57 Dünya"Britaniya və ABŞ Rusiyaya qarşı təzyiqləri davam etdirmək barədə razılığa gəliblər".
Olaylar.az bildirir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass ABŞ dövlət katibi Blinkenlə telefon danışığından sonra bildirib.
"Biz razılaşdıq ki, Rusiyaya təzyiqlər davam etməlidir. Rusiyanın enerjisindən asılılığı aradan qaldırmaq üçün birlikdə çalışacağıq", - Trass Twitter səhifəsində yazıb.
O əlavə edib ki, Britaniya və müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edəcəklər.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31