Pakistan kəşfiyyat xidməti baş nazirə sui-qəsdlə bağlı məlumat yayıb

Pakistanın xüsusi xidmət orqanları baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.

Olaylar.az bildirir ki, bu barədə "Dawn" qəzetinə müsahibəsində informasiya və yayım naziri Fəvad Çoudri məlumat verib

"Bu məlumatdan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib", - Çoudri bildirib.

Bundan əvvəl Pakistanın hakim Ədalət Hərəkatı partiyasının lideri Faisal Vawda da oxşar bəyanatlarla çıxış edərək, baş nazirin həyatına sui-qəsd planının hazırlandığını bildirmişdi.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31