Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu

Ukrayna və Rusiya ikinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna 90-a yaxın əsgərini geri qaytarıb.

"Bu gün əsirlərin mübadiləsi olub. 15-i qadın olmaqla, 86 nəfər Ukrayna əsgəri artıq təhlükəsizdir", - deyə Timoşenko əlavə edib.

Xatırladaq ki, martın 24-də Ukrayna və Rusiya ilk əsr mübadiləsini həyata keçirib. Onda 10 ukraynalı hərbçi Rusiya tərəfindən qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31