Serbiya prezidenti canlı yayıma belə qatıldı - VİDEO
1 Aprel 2022 21:48 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç canlı yayımlanan televiziya proqramına soyuducudan çıxaraq qatılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli "Pink TV"də yayımlanan verilişə əlində turşu bankası ilə çıxıb.
Seçki kampaniyasında sonuncu çıxışını edən Vuçiç alqışlarla qarşılanıb.
"Hər kəs məndən elə bezib ki, soyuducunu açsa, içindən mənim çıxacağımı zənn edirlər", - Serbiya Prezidenti qeyd edib.
Qeyd edək ki, bu ssenari Vuçiçin seçki kampaniyası çərçivəsində yayımlanan reklam videosu əsasında hazırlanıb. Belə ki, reklam videosunda gənc bir ailənin soyuducusundan ölkənin prezidenti - Vuçiç çıxır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31