Rusiyalıların neçə faizi Putinin fəaliyyətindən razıdır? - SORĞU

Rusiyalıların əksəriyyəti prezident Vladimir Putinin fəaliyyətindən razıdır. 

Olaylar.az bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzin (VTsİOM) keçirdiyi sorğuda qeyd olunub.

Müvafiq suala respondentlərin 79 faizi razı, 13,5 faizi isə razı olmadığını bildirib. Sorğuda iştirak edənlərin 81 faizi dövlət başçısına güvəndiyini, 15,4 faizi etimad etmədiyi bildirib. VTsİOM sorğunu martın 21-dən 27-dək keçirib. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 rusiyalı iştirak edib.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31